• Instagram
  • Facebook Social Icon
  • YouTube Social  Icon

          Konqres tarixi və yeri

Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin (AOC) 1-ci konqresi 10-12 aprel 2020-ci il tarixlərində Bakıda Boulevard Oteldə  keçiriləcəkdir.

  

           Konqres Dili

Kongresin rəsmi dili Azərbaycanca və İngiliscədir. Konqres müddətində elmi proqram əsnasında zallarda məruzələrin Azərbaycan dilindən İngilis dilinə və əksinə sinxron tərcüməsi icra ediləcəkdir.

          Qeydiyyat və konsultasiya masası

Konqres mərkəzində - Boulevard Oteldə Qeydiyyat və konsultasiya masası

10 aprel 2020 tarixindəndə saat 12.00-dan etibarən çalışmağa başlayacaqdır. Bu masalar konqres boyunca açıq qalacaqdır.

 

           Sinə nişanı (Beyc)

Bütün iştirakçılara sinə nişanları (beyc) veriləcəkdir. Bunların bütün konqres boyunca iştirakçılar tərəfindən taxılmaları məcburidir.

           İştirak sertifikatı

Bütün iştirakçılar iştirak sertifikatını 12 aprel 2020 tarixində saat 12:00-dan etibarən  Qeydiyyat və konsultasiya masalarından ala biləcəklər. Sertifikatlarda iştirakçının əldə etdiyi davamlı tibbi təhsil balı yazılmış olacaqdır.

 

            Akkreditasiya

Konqres Azərbaycan Səhiyyə Nazirliyi Akkreditasiya Komissiyası tərəfindən 20DTT balı ilə akkreditə edilmişdir.

 

           İzin məktubu

Konqresdə iştirak etmək məqsədilə iş yerlərinə verilmək üçün tələb olunan dəvət məktubu Konqres Katibliyi vasitəsilə tələb edən iştirakçılara göndəriləcəkdir. Bu növ dəvət yazıları sadəcə izin məqsədilə istifadə edilə bilər

 

            Transfer Xidmətləri

10 – 12 aprel 2020 tarixləri arasındakı transferlərini Terra Travel şirkətinə bildirmiş olan bütün iştirakçıların transferləri gediş – dönüş (hava limanı – otel – hava limanı) icra olunacaqdır. Transfer və otel xidmətləri ilə bağlı bütün məsələləri  company@terratravel.az elektron poçt ünvanına yaza vəya   

+994702758890 nömrəsinə zəng  edə bilərsiniz.

 

              Ləğv etmələr

İştirakdan imtina 20 fevral 2020 tarixinə qədər bildirilərsə qeydiyyat haqqının 50%-i geri ödəniləcəkdir. Bu tarixdən sonra ediləcək imtinalarda ödəmə edilməyəcəkdir. Bütün geri ödəmələr konqres bitdikdən sonra ediləcəkdir.

Ünvan

Khagani Rustamov Street, 4C 

Khatai District, Baku 1000, Azerbaijan

Təşkilati dəstək

 

Elmi proqram

Dos. Dr. Ramil Həşimli

dr.ramilor@gmail.com

+994502012629