• Instagram
  • Facebook Social Icon
  • YouTube Social  Icon

   

 Hörmətli məsləkdaşlarımız! 10-12 aprel 2020-ci il tarixlərində Bakıda  Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin (AOC) 1-ci konqresi keçiriləcəkdir. 

   Müasir dövrümüzdə sürətlə inkişaf edən tibb elmi, texniki tərəqqinin da təqibi ilə hər keçən zaman dilimində daha yeni üfüqlərə yol alır. İxtisasımız olan Otorinolarinqologiya elmi də bu inkişafda öz yerini almaqdadır. Yeniliklərin paylaşılması, müzakirəsi, öyrədilməsi böyük önəm kəsb etməkdədir ki, bunda da keçirilən elmi tədbirlərin rolu danılmaz və əvəzedilməzdir. Bu məqsədlə planlaşdırılan konqresimiz Azərbaycan otorinolarinqologiyası tarixində keçiriləcək ən böyük elmi tədbir kimi tarixə düşəcək, həkimlərimizin elmi-praktik biliklərinin artırılmasında geniş rol oynayacaqdır.

 Konqres sırasında eyni zamanda “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi (СWAOS)”nin də 1-ci konqresi keçiriləcək. Bu da bizlərə müxtəlif dost ölkələrdən olan həmkarlarımızla tanışma, bilgi alış-verişində olma, yeni dostluqlar qazanma, elmi-praktik vərdişlərimizi bölüşmə imkanı verəcəkdir. 

   Konqresimizə dəvət edilmiş ABŞ, Avropa, Türkiyə, RF və digər ölkələrdən olan alimlərin mühazirələri bu elmi festivalımıza rəng qatacağı qənaətindəyik. Bununla yanaşı əsas arzumuz yerli mütəxəssislərimizin elmi proqramda aktiv iştirak etmələri, məruzəçilərin böyük əksəriyyətinin vətən otorinolarinqoloqlarından ibarət olmalarıdır. 

  Əziz həmkarlar! Sizləri bu böyük və tarixi elmi tədbirdə aktiv iştirak etməyə dəvət edir, hamılıqla bu tədbirdə görüşmək ümidimizi ərz edirik!

 

AOC və CWAOS 1-ci konqresi sədri                                                                Prof.Dr. Nazim Hüseynov      AOC və CWAOS konqresi katibi                                                                             Dos.Dr. Ramil Həşimli

Ünvan

Khagani Rustamov Street, 4C 

Khatai District, Baku 1000, Azerbaijan

Təşkilati dəstək

 

Elmi proqram

Dos. Dr. Ramil Həşimli

dr.ramilor@gmail.com

+994502012629