• Instagram
  • Facebook Social Icon
  • YouTube Social  Icon

Diqqət !!! Diqqət !!!  

  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 14 Mart 2020-ci il, saat 12:00-dan etibarən ölkə ərazisində tətbiq ediləcək bütün mədəni elmi fəaliyyətlərin ləğv edilir.
  Yuxarıda göstərilən qərara əsasən, 1-ci AOS & CASOS Beynəlxalq Konqresi qeyri-müəyyən müddətə təxirə salınmışdır.
   Bizdən aslı olmayan səbəblərə görə baş vermiş bu narahatlığa görə üzr istəyir və anlayışla qarşılayacağınızı ümid edirik.

  Konqresin yeni tarixi haqqında məlumat veriləcəkdir. 

Dəvət Məktubu

Hörmətli məsləkdaşlarımız! 

  10-12 aprel 2020-ci il tarixlərində Bakıda  Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin (AOC) 1-ci konqresi keçiriləcəkdir. 

   Müasir dövrümüzdə sürətlə inkişaf edən tibb elmi, texniki tərəqqinin da təqibi ilə hər keçən zaman dilimində daha yeni üfüqlərə yol alır. İxtisasımız olan Otorinolarinqologiya elmi də bu inkişafda öz yerini almaqdadır. Yeniliklərin paylaşılması, müzakirəsi, öyrədilməsi böyük önəm kəsb etməkdədir ki, bunda da keçirilən elmi tədbirlərin rolu danılmaz və əvəzedilməzdir. Bu məqsədlə planlaşdırılan konqresimiz Azərbaycan otorinolarinqologiyası tarixində keçiriləcək ən böyük elmi tədbir kimi tarixə düşəcək, həkimlərimizin elmi-praktik biliklərinin artırılmasında geniş rol oynayacaqdır.

   Konqres sırasında eyni zamanda “Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi (СASOS)”nin də 1-ci konqresi keçiriləcək. Bu da bizlərə müxtəlif dost ölkələrdən olan həmkarlarımızla tanışma, bilgi alış-verişində olma, yeni dostluqlar qazanma, elmi-praktik vərdişlərimizi bölüşmə imkanı verəcəkdir. 

   Konqresimizə dəvət edilmiş ABŞ, Avropa, Türkiyə, RF və digər ölkələrdən olan alimlərin mühazirələri bu elmi festivalımıza rəng qatacağı qənaətindəyik. Bununla yanaşı əsas arzumuz yerli mütəxəssislərimizin elmi proqramda aktiv iştirak etmələri, məruzəçilərin böyük əksəriyyətinin vətən otorinolarinqoloqlarından ibarət olmalarıdır. 

   Əziz həmkarlar! Sizləri bu böyük və tarixi elmi tədbirdə aktiv iştirak etməyə dəvət edir, hamılıqla bu tədbirdə görüşmək ümidimizi ərz edirik!

 

AOC və CASOS 1-ci konqresi sədr:     Prof.Dr. Nazim Hüseynov              
AOC və CASOS konqresi katibi:         Dos.Dr. Ramil Həşimli

Dəvətli Spikerlər

Konqres Məkanı

Xagani Rüstəmov Küç 4C

Bakı

Tərəfdaşlar

66523750_2431839416838363_39031076439877
logoifs.png
logo-ceorl-neu.jpg

Ünvan

Khagani Rustamov Street, 4C 

Khatai District, Baku 1000, Azerbaijan

Təşkilati dəstək

 

Elmi proqram

Dos. Dr. Ramil Həşimli

dr.ramilor@gmail.com

+994502012629

Prof. Dr.  Raşit Midilli

Özel Muayenehane, İzmir